AZ

ABŞ-da havanın temperaturu normadan 5-8 dərəcə yuxarı qalxacaq

ABŞ-da havanın temperaturu normadan 5-8 dərəcə yuxarı qalxacaq

ABŞ-ın qərb bölgələrində istilərin normadan 5-8 dərəcə yuxarı qalxaraq rekord həddə çatacağı gözlənilir.ABŞ Milli Hava Xidmətinin (NWS) X sosial media platformasındakı paylaşımında həftəsonu ölkənin qərb bölgəsində temperaturun daha da artacağı bildirilib.Qeyd olunub ki, Arizona ştatının Kinqman bölgəsində və Kaliforniyanın Ölüm Vadisi və Bishop bölgələrində temperaturun normadan 5-8 dərəcə yuxarı qalxacağı gözlənilir.Cümə axşamı Las-Veqasda 43,8 dərəcə istiliyin 2010-cu ildəki 43,3 dərəcə rekordunu qırdığını xatırladan məlumatda istilərin yaxın günlərdə daha da artacağı bildirilib.Hava istiliyi riskini "çox isti" və ya "son dərəcə isti" olaraq təsnif edən "HeatRisk" xəritəsində Las-Veqas və Ölüm Vadisi bölgələri, Braketvil, Texas və Meksika sərhədindəki bölgələr "son dərəcə isti" kateqrosiyasına salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
afn.az

3Mənbələr