AZ

ABŞ-da havanın temperaturu normadan 5-8 dərəcə yuxarı qalxacaq

ABŞ-ın Las-Veqas şəhərində yerləşən Milli Hava Xidmətinin (NWS) X sosial media platformasındakı paylaşımında həftəsonu ölkənin qərb bölgəsində temperaturun daha da artacağı bildirilib.

 

Oxu24.com xəbər verir  ki, yazıda qeyd olunub ki, Arizona ştatının Kinqman bölgəsində və Kaliforniyanın Ölüm Vadisi və Bishop bölgələrində temperaturun normadan 5-8 dərəcə yuxarı qalxacağı gözlənilir.

 

Las-Veqas, Texas və Meksika sərhədi boyunca yerləşən ərazilər "son dərəcə isti" kateqoriyasındadır

 

Cümə axşamı Las-Veqasda 43,8 dərəcə istiliyin 2010-cu ildəki 43,3 dərəcə rekordunu qırdığını xatırladan yazıda istilərin yaxın günlərdə daha da artacağı bildirilib.

 

Hava istiliyi riskini "çox isti" və ya "son dərəcə isti" olaraq təsnif edən "HeatRisk" xəritəsində Las-Veqas və Ölüm Vadisi bölgələri, Braketvil, Texas və Meksika sərhədindəki bölgələr "son dərəcə isti" olaraq göstərilib. 

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
16
oxu24.com

10Mənbələr