AZ

Okan Burukun Joze Mourinyo ilə bağlı açıqlaması gündəm oldu

"Qalatasaray" klubunun baş məşqçisi Okan Burukun jurnalistin Joze Mourinyo ilə bağlı sualına verdiyi cavab Türkiyə mediasında gündəmə çevirilib.
 
Məlumata görə, Okan Buruk "Qalatasaray"la yeni müqavilə imzaladığı mərasimdə jurnalistlər ona müvafiq sualı ünvanlayıblar.
 
"Ardıcıl iki il çempionluq əldə etdiniz. Əzəli rəqibiniz "Fənərbağça" transfer həyata keçirdi. Joze Mourinyo liqamıza qatıldı. Bu transferin reallaşmasında sizin də payınız olduğunu düşünürsünüz?" sualına Okan Buruk belə cavab verib:
 
"Mən danışıqlarda yox idim. Payım olduğunu düşünmürəm".
 
Okan Burukun cavabından sonra "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "məncə, var" deyərək müdaxilə edib.
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
40
moderator.az

10Mənbələr