AZ

"Fənərbağça" PSJ-nin futbolçusu ilə razılaşdı

"Fənərbağça" klubu PSJ-də çıxış edən portuqaliyalı yarımmüdafiəçi ilə razılaşıb.
 
Məlumata görə, "sarı-lacivərtlər" PSJ-nin "Benfika"dan 65 milyon avroya transfer etdiyi Qonçalo Ramoşu icarə əsasında heyətinə qatacaq.
 
Joze Mourinyonun "Fənərbağça" klubuna baş məşqçi gətirilməsi və Luiz Enrikenin Qonçalonu yeni mövsümdə əsas heyətdə istəməməsi keçidin reallaşmasına şərait yaradıb.
 
Qeyd edək ki, Qonçalo Ramoş 2023-cü ildə PSJ klubuna transfer olunmuşdu.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
40
moderator.az

10Mənbələr