AZ

QARA DƏNİZİN CƏNUB-QƏRBİNDƏ UKRAYNAYA MƏXSUS İKİ PİLOTSUZ KATER MƏHV EDİLİB

Dəniz aviasiyası Qara dənizin cənub-qərb hissəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin iki pilotsuz katerini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 7-də Moskva vaxtı ilə saat 15:00 radələrində Qara dənizin cənub-qərb hissəsində Krım yarımadasına doğru hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz katerlər dəniz və ordu aviasiyasının standart silahları tərəfindən məhv edilib”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
7
tezadlar.az

10Mənbələr