AZ

Azov və Qara dənizdə şiddətli müharibə: Ukrayna ATACMS raketləri ilə hücum etdi

Ötən gecə Ukrayna tərəfi Amerikanın ATACMS operativ-taktiki raketləri, təyyarə tipli dronları və pilotsuz katerlərindən istifadə etməklə Rusiya qüvvələrinə hücum edib.

Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Azov dənizi üzərində səkkiz operativ-taktiki raketi məhv edib.

Ukraynanın 8 PUA-sı Krım sahillərində Qara dəniz üzərində zərərsizləşdirilib. Bundan başqa, Qara dənizdə Krım yarımadasına doğru hərəkət edən iki pilotsuz qayıq məhv edilib. Kerçdə Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edərkən vurulan raketlərin parçalanması nəticəsində iki bərə zədələnib.

Avtomobillərə və dəmir yoluna ziyan dəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
10
publika.az

10Mənbələr