AZ

Suyun monitorinqi ölkədə çimmək üçün yararsız olan çimərlikləri üzə çıxarıb

Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümü ərəfəsində Ekologiya Nazirliyi ilə birlikdə Azərbaycanın Xəzər sahilində suyun monitorinqini aparıb. 

Suyun laborator təhlili göstərib ki, Bakının Buzovna, Zaqulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində suyun fiziki-kimyəvi və baktereoloji göstəriciləri norma daxilindədir.

Abşeronun cənub sahilində - Şıxov, Primorsk, şərq sahilində - Hövsan və Türkan, həmçinin Sumqayıt sahilində, şimalda Yalama, Nabran, İstisu , Seyidli qəsəbələrində və dənizin cənub hissəsində - Lənkəran və Astara çimərliklərində isə göstəricilər dəniz suyunun çirkab sularla intensiv çirkləndiyini göstərib. Bundan başqa, bakterioloji çirklənmə səviyyəsi normaya uyğun deyil. Bu səbəbdən müvəqqəti olaraq qeyd edilən çimərliklərdə çimmək tövsiyə olunmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
20
turan.az

10Mənbələr