AZ

Aİ-nın missiyası Azərbaycanla sərhəddə yerləşən Qara gölə səfər edib

Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın rəhbəri Markus Ritter və onun komandası iki ölkə sərhəddində olan Qara gölə səfər edib. Bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb. 

"Missiya rəhbəri Markus Ritter dünən Gorusdakı Aİ-nin Ermənistandakı missiyasının (EUMA) əməkdaşları ilə görüşüb. Komanda Ermənistan və Azərbaycan sərhəddində yerləşən Qara Gölə də baş çəkib. Bu günə qədər EUMA 2300-dən çox patrul həyata keçirib ”, - missiya bildirib. 
 
Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırıb.
 
Bundan əvvəl Ermənistan Azərbaycanla sərhəddə mülki müşahidə missiyasının daha 2 il uzadılmasını Avropa İttifaqı ilə müzakirə edə biləcəyi ilə bağlı məlumat yayıb. 
 
Yanvarın 23-də Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.

Gülnar Nazimqızı


 


www.anews.az
Seçilən
90
20
anews.az

10Mənbələr