AZ

Rusiyaya qarşı zərbə silahları: ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi

ABŞ Ukraynaya 225 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim etməyi planlaşdırır. Buraya, xüsusən, HIMARS üçün döyüş sursatları və artilleriya mərmiləri daxil olacaq.

Bu barədə Qaynarinfo "Associated Press”ə istinadən xəbər verir.

Adının çəkilməsini istəməyən ABŞ rəsmilərinin sözlərinə görə, bu cür hərbi yardım hələ də müzakirə olunur.

Qeyd olunur ki, yeni ABŞ hərbi paketindən olan silahlar Ukrayna Müdafiə Qüvvələri tərəfindən "Xarkov şəhərini Rusiyanın güclü hücumundan qorunması məqsədilə Rusiya daxilindəki təhlükələrə” zərbə vurmaq üçün istifadə oluna biləcək.

ABŞ rəsmilərinin sözlərinə görə, yardıma aşağıdakılar daxildir:

- yüksək mobil artilleriya raket sistemi HIMARS üçün sursatlar;

- minaatan sistemləri;

- bir sıra artilleriya mərmiləri.

Nəşr qeyd edir ki, Ukrayna indi "orada qüvvələr hücuma keçərsə və ya hücuma hazırlaşarsa” Rusiyanın ərazisinə zərbələr endirmək üçün bu cür silahlardan istifadə edə bilər.

Bununla belə, ABŞ rəsmiləri qeyd ediblər ki, ABŞ-ın belə bir qadağanı ləğv etməsi ATACMS, uzaqmənzilli raketlər və Rusiya daxilində "hücum” zərbələri üçün digər hərbi sursatlara şamil edilmir.

İyunun 5-də Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-ın yaxın həftələrdə Ukraynaya yeni hərbi yardımı elan edəcəyini bildirib. Lakin o vaxt digər təfərrüatları açıqlamayıb.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
19
qaynarinfo.az

10Mənbələr