AZ

Qərbin strateji HƏDƏFİ: Ukraynada müharibə yeni mərhələyə keçir – Rusiya ABŞ-la anlaşacaq

“Rusiya strateji məğlubiyyətə düçar olmamaq üçün ABŞ-la anlaşacaq”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsinin yenə mərhələyə qədəm qoymasını dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev deyib.

Elxan Şıxəliyevin sözlərinə görə, Qərbin strateji hədəfi Rusiyanı sıradan çıxarmaqdır.

“Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi. Bunu həm əməliyyatlar teatrında, həm də beynəlxalq münasibətlərdə görə bilirik. ABŞ və tərəfdaşları Ukraynanın istifadə edəcəyi raketlərin qadağa məhdudiyyətlərini qaldırması rəsmi Kiyevin əlini çox gücləndirəcək. Əslində, bu güclənmə sahədə gedişatı Ukraynanın leyhinə dəyişəcək”.

Ekspert qeyd edib ki, Ukraynaya 50-ə yaxın ölkənin dəstək verdiyini Rusiya bilirdi:

“Ancaq Rusiya düşünürdü ki, bu dəstək Ukraynanın öz ərazilərində baş verəcək. Ukrayna müdafiə əməliyyatlarını gücləndirməklə hücum əməliyyatlarında da əlini gücləndirmiş oldu. Ukrayna öz ərazisindən 70 km məsafədə zərbələr endirə bilirdisə, indi bu dərinlik 300 km-i əhatə edəcək.

Ukrayna dronlar vasitəsi ilə Rusiya ərazilərinə zərbələr endirirdi. Ancaq dronların dağıdıcı gücü yox idi. Raketlərin məsafə dərinliyini, dağıdıcı gücünü Rusiya ciddi hiss edəcək. Bunun üzərindən Rusiyada ciddi panika yaranıb. Rusiya yeni yanaşma gətirəcək. Ya atəşkəsə gedib, müharbəni dayandıracaq, ya da taktiki nüvə silahı ilə blef edəcək”.

E.Şıxəliyev bildirib ki, Rusiya müharibənin dayanmasına qərar verməzsə, Rusiyanın strateji obyektləri, aerodromları, yanacaq istehsal məntəqələqirinin sıradan çıxarılması müşahidə ediləcək.

“Ukraynanı dəstəkləyən qüvvələr hiss etdi ki, müharibə qırılma mərhələsindədir. ABŞ maliyyə vəsaitini ayırandan sonra Avropa ölkələrinin cəsarəti artdı.

Qərbin əsas strateji hədəfi Rusiyanı sıradan çıxarmaqdır. Rusiya strateji məğlubiyyətə düçar olmamaq üçün ABŞ-la anlaşacaq”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
yenicag.az

10Mənbələr