AZ

Benyamin Netanyahu Qəzza əməliyyatı ilə bağlı ABŞ konqresində izahat verəcək

Benyamin Netanyahu Qəzza əməliyyatı ilə bağlı ABŞ konqresində izahat verəcək.

İsrailBaş naziri Benyamin Netanyahu iyul ayının 23-24-də ABŞ-da rəsmi səfərdə olacaq. Bununla bağlı İsrail mətbuatının yaydığı məlumata görə, səfər çərçivəsində Netanyahunun yüksək səviyyəli ABŞ dövlət rəhbərləri, o cümlədən prezident Co Bayden və Pentaqonun rəhbəri LLoyd Ostinlə görüşəcəyi gözlənilir.

Öz növbəsində “The Times of Israel” nəşri ABŞ Nümayəndələr Palatasının sədrinin köməkçisi Mayk Consona istinadən yazıb ki, iyulun 24-də Netanyahu Konqresdə çıxış edərək Qəzza əməliyyatları barədə senatorların suallarına cavab verəcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
27
oxumeni.az

10Mənbələr