AZ

Netanyahu iyunun 13-də ABŞ Konqresinin hər iki palatasında çıxış edəcək - “Politico”

İsrailin baş naziri Benyamin Netanyahu iyunun 13-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək. Bizimyol.info xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb. Konqresin əsas üzvləri daha əvvəl Netanyahunu qanunverici orqan qarşısında çıxış etməyə dəvət etmişdilər. Nəşrin mənbələrinin məlumatına görə, İsrailin baş naziri dəvəti ötən həftəsonu qəbul edib. Konqresdəki bir çox demokratlar İsraili Qəzza zolağındakı hərəkətlərinə görə tənqid ediblər. Nəşr qeyd edir ki, ABŞ senatoru Bernie Sanders (Vermontdan) Netanyahunun çıxışında iştirak etmək niyyətində olmadığını bildirib. Senator İsrailin baş nazirini hərbi cinayətkar adlandırıb. ABŞ prezidenti Co Baydenin iyunun 13-də Vaşinqtonda olacağı gözlənilmir, lakin İtaliyada “Yeddilik Qrupu” liderlərinin toplantısında iştirak edəcək. Netanyahu bundan əvvəl 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericiləri qarşısında çıxış edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
27
bizimyol.info

10Mənbələr