AZ

Sosial müdafiəLaçında əmək yarmarkası keçirilib, 335 vakansiya təqdim edilib

Laçında əmək yarmarkası keçirilib, 335 vakansiya təqdim edilib.

Bu barədə "Far.Az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunan yarmarkada dövlət və özəl sektordan 23 işəgötürən iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
43
far.az

10Mənbələr