AZ

Minimum əmək haqqının artırılması hökumətin əsas addımlarından biri olmalıdır- Deputat

Bəzi məsələlər vaxtında həll edilməyəndə bumeranq effekti yaradır. Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib. 

"Minimum əmək haqqının artırılması hökumətin əsas addımlarından biri olmalıdır. Həmçinin müharibə veteranlarına verilən 80 manatın artırılması da vacibdir. Cmiyyətdə bu məsələlər müzakirə obyektidir. Elə məsələlər var ki, vaxtında həll edilməyəndə bumeranq effekti verir”, - deputat iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat söyləyib ki, müharibə veteranlarının 80 manatını bu ilin oktyabrında, minumum əməkhaqqı və digər sosial ödənişləri isə gələn ilin yanvarında artırmaq məqsədəuyğun olar.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
142
43
anews.az

10Mənbələr