AZ

Alimlər həyəcan təbili çaldı: Planetimiz fəlakətli sürətlə istiləşir

Alimlər planetimizin fəlakətli sürətlə istiləşdiyini müəyyən ediblər. Dəhşətli proseslərdən qaçmaq üçün atmosferə atılan tullantıların sıfıra endirilməsi məsləhət bilinir.

France 24-ün yaydığı məlumata görə, bununla bağlı müvafiq xəbərdarlıq 50-dən çox məşhur alimin iştirak etdiyi tədqiqatlarda yer alıb. Bu materiallar yenicə dərc olunub. Ekspertlərin qənaətinə görə, analizlər son onilliyin göstəricilərinə əsaslanıb. Xüsusilə, 2014-cü ildən 2023-cü ilə qədər temperaturun Selsi üzrə 0,26 dərəcə yüksəldiyi qeyd edilir. Eyni dövrdə, orta temperatur 1850-1900-cü illərin sənaye dövründən əvvəlki göstəricidən yüksək olub, artım 1,19 °C-ə çatıb.

“İnsan amillərinin səbəb olduğu istiləşmə görünməmiş sürətlə sürətlənir”, - Tədqiqatda deyilir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
14
news365.az

10Mənbələr