AZ

Dünyada istiləşmə rekord səviyyədə yüksəlib

İnsan fəaliyyətinin səbəb olduğu istiləşmənin səviyyəsi rekord göstəricilərə yüksəlib: son onillikdə (2014-2023-cü illər) bu göstərici 1,19°C-yə çatıb, bu, 2013-2022-ci illərdəki 1,14°C-ni üstələyir. 

Bu barədə Lids Universitetinin (Böyük Britaniya) tərəfindən hazırlanmış “Qlobal iqlim dəyişmələrinin indikatorları” adlı ikinci illik hesabatında deyilir.

2023-cü ildə antropogen istiləşmə 1,3°C-ə çatıb, eyni zamanda ümumi istiləşmə 1,43°C təşkil edib, bu da El-Ninyo kimi təbii amillərin əhəmiyyətli təsirindən xəbər verir.

Hesabatda qeyd olunur ki, qalan “karbon büdcəsi”, yəni 1,5°C qlobal istiləşmə səviyyəsinə çatmazdan əvvəl atıla bilən karbon qazının miqdarı təxminən 200 milyard ton təşkil edir. Bu, təxminən beş illik cari emissiyalara uyğundur.

Layihənin rəhbəri professor Pirs Forster qeyd edir ki, istixana qazları emissiyalarının azaldılmasına dair tədbirlərə baxmayaraq, qlobal temperatur artmaqda davam edir.

Noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində alimlər tullantıların azaldılması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə sürətləndirilmiş tədbirlərin vacibliyini vurğulayırlar. Ekspertlərin fikrincə, Paris Sazişi ilə müəyyən edilmiş tullantıların azaldılması üzrə məqsədlərə nail olmaq üçün daha qətiyyətli addımlar atılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
14
azpost.info

10Mənbələr