AZ

"Qatar hələ getməyib: Türkiyə BRIKS birliyinə qoşulmaq istəyir..."

Türkiyə BRIKS birliyinin üzvü olmaq istəyir, Rusiya bunu alqışlayıb, portalın oxucuları bu ideyanın Ankaranın maraqlarına cavab verdiyini hesab edərək ona dəstək verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
 
Şərh yazanlardan biri qeyd edib: "Qatar getməmiş dərhal BRIKS-ə qoşulmaq lazımdır".
 
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlər üçün bəyanatında deyib: "Biz qonşularımız, o cümlədən Türkiyə kimi vacib tərəfdaşımız tərəfindən BRIKS-ə yüksək marağı alqışlayırıq.
 
Heç şübhəsiz, bu məsələyə maraq mövzusu Rusiyanın sədrliyi ilə keçiriləcək BRIKS sammitinin gündəliyində olacaq. 
 
Əlbəttə, təşkilat bütün ölkələrin maraqlarını çətin ki, təmin edəcək, lakin BRIKS bütün maraqlı dövlətlərlə təmaslara tərəfdardır".
 
Peskov deyib ki, bunun üçün müxtəlif formatlar işlənib hazırlanır və əlavə edib: "Bu, zamanla bağlı prosesdir, lakin biz belə canlı marağı alqışlayırıq".
 
Xatırladaq ki, iyunun 10-11-də Rusiyanın Nijni Novqorod şəhərində BRIKS ölkələri XİN rəhbərlərinin görüşü baş tutacaq. Türkiyə XİN rəhbəri Hakan Fidan bəyan edib ki, bu görüşdə iştirak edəcək.
 
Hakan Fidanın bəyanatı
 
Türkiyənin baş diplomatı Çin xarici işlər naziri Van İnin dəvətilə Pekinə gəlib və orada "Çin və qloballaşma Mərkəzi"ndə "Türkiyə və Çinin dəyişən dünya düzənində münasibətləri" mövzusunda çıxış edib.
 
O, qeyd edib ki, Avropa İttifaqında Gömrük İttifaqına malik olan Türkiyə BRIKS kimi müxtəlif meydançalarda müxtəlif tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar axtarır.
 
O, bəyan edib ki, gələn həftə BRIKS-in Rusiyada keçiriləcək görüşündə iştirak edəcək.
Seçilən
106
8
moderator.az

4Mənbələr