AZ

Qazaxıstanda ŞƏT ölkələrinin xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, mayın 21-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə TASS məlumat yayıb.

 

“2024-cü il mayın 21-də ŞƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına Qazaxıstanın baş nazirinin müavini-xarici işlər naziri Murat Nurtleu sədrlik edəcək”, - Smadiyarov bildirib.

 

Bundan əvvəl Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu ABŞ-ın hərbi obyektlərinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ərazisində potensial yerləşdirilməsini qəbuledilməz adlandırıb.

 

Şoyqu ümid etdiyini bildirib ki, ŞƏT Müdafiə Nazirləri Şurasının iclasının bütün iştirakçıları ABŞ və onun müttəfiqlərinin hərbi infrastrukturunun ŞƏT ölkələrinin ərazisində yerləşdirilməsinin qəbuledilməz olması barədə yekdil fikirdədirlər.

 

Eyni zamanda, nazir vurğulayıb ki, NATO və Avropa İttifaqının Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməyə yönəlmiş kursu ŞƏT-in məsuliyyət zonasında vəziyyətə mənfi təsir göstərir.

 

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Yarandığı gündən təşkilata Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan daxil olub, 2017-ci ildə isə Pakistan və Hindistan onlara qoşulub. İran 2005-ci ildən ŞƏT-də müşahidəçi olmasına baxmayaraq, 2023-cü il iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının 9-cu üzvü olub. Gecikmə 2016-cı ilə qədər BMT-nin sanksiyaları səbəbindən beynəlxalq təşkilatlara üzv ola bilməməsi ilə izah olunur.

 

Qeyd edək ki, Şoyqu bir müddət əvvəl Belarusun ŞƏT-ə daxil olacağını bəyan edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
8
oxu24.com

10Mənbələr