AZ

Qaz mənbələrinin şaxələndirilməsi üçün infrastruktur inkişaf etdirilməlidir - Peter Siyarto

Qaz mənbələrini şaxələndirmək üçün infrastruktur, o cümlədən çatdırılma marşrutları inkişaf etdirilməlidir.

Fins.az xəbər verir ki, bu barədə bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Enerji və qaz mənbələrini şaxələndirmək üçün infrastrukturu, o cümlədən çatdırılma marşrutlarını inkişaf etdirməliyik. Bizə Avropada diversifikasiya məsələsində mühüm təzyiq göstərilir. Problem ondadır ki, bizdə bu anlayışın fərqli tərifləri var. Bizim diversifikasiya anlayışımız bir mənbənin digəri ilə əvəz olunmasından deyil, mənbələrin sayının artırılmasından ibarətdir. Həqiqi diversifikasiya üçün daha çox mənbələrə ehtiyac var. Məhz bu səbəbdən Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz satın ala bilmək üçün Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünün artırılması xahişi ilə Aİ-yə müraciət etmişik", - o deyib.

Seçilən
119
50
fins.az

10Mənbələr