AZ

Peskov: “ABŞ başa düşəcək ki, Çini təhdid etmək olmaz”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın maliyyə naziri Canet Yellenin ABŞ-ın Çinin Rusiyaya tədarük etdiyi iddia edilən ikili təyinatlı məhsulların axınını azaltmaq üçün tədbirlər görməyi planlaşdırdığını söyləyən bəyanatını yüksək qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Peskov bildirib ki, “çinli yoldaşlarımızın bu cür dilləri, mesajları, təhdidləri və şantajları qəbul etmədiklərini yaxşı bilirik. Çin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır və hətta ABŞ belə onlarla bu tonda danışa bilməz. Ola bilsin ki, ABŞ bunu anlamayıb, amma başa düşəcəklər. Biz hesab edirik ki, bu cür ton və təhdidlər yersiz və qəbuledilməzdir”.

"Çin və Rusiya Federasiyası suveren dövlətlərdir, biz heç kimə qarşı olmayan münasibətlərimizi inkişaf etdiririk", - Peskov bildirib.

Aprelin sonunda ABŞ Çini Rusiyaya hərbi istehsalda istifadə oluna bilən ikili təyinatlı məhsullar verməkdə ittiham edib.

ABŞ dövlət katibi Antoni Blinkenin sözlərinə görə, Çin Moskvanın müdafiə sənaye kompleksinin imkanlarını genişləndirmək üçün istifadə etdiyi iddia edilən dəzgahlar, mikroelektronika və digər ikili təyinatlı malların ən böyük tədarükçüsüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
33
operativmm.az

10Mənbələr