AZ

Tom Kruz Britaniyanın baş nazirinin avtomobilində görüntülənib

Tanınmış aktyor Tom Kruz Londonda helikopter meydançasına endikdən sonra Britaniyanın Baş naziri Rişi Sunakın avtomobilinə minib.

Sənətçi siyasətçinin "Audi"sini özünün "Mercedes" markalı avtomobili ilə səhv salıb.

Hadisə Battersi helikopter meydançasında baş verib. Kruz səhvini tez anlayıb. Hadisə aktyoru narahat etməyib, o, gülümsəyərək pərəstişkarlarına əl yelləyib.

Baş nazirin qısa müddət sonra helikopter meydançasına endiyi güman edilir.

Mənbə: NEWS.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
2
seher.media

10Mənbələr