AZ

Britaniyanın Meksikadakı səfiri avtomatı işçisinə tuşladı

Böyük Britaniyanın Meksikadakı səfiri Con Benjamin üzündə təbəssümlə diplomatik missiyanın əməkdaşlarından birinə avtomat tuşlayıb. Müvafiq kadrların sosial şəbəkələrdə yayılmasından sonra o, işdən çıxarılıb.
Hadisə aprel ayında Benjaminin Meksikanın şimalında narkotik kartelləri ilə tanınan Duranqo və Sinaloa ştatlarına səfəri zamanı baş verib.
Yayılan videoda bildirilir ki, diplomat maşında olarkən əlinə avtomat götürərək zarafat üçün tabeliyində olanlardan birinə tuşlayıb.
Britaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, hadisədən xəbərdardır və lazımi tədbirlər görülüb.
Hazırda səfirliyin müşaviri Reyçel Brazier Böyük Britaniyanın Meksikadakı müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərir.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
oxu.az

10Mənbələr