AZ

Cennifer Lopesin Ben Afflekin anası ilə münasibəti maraq doğurdu

Müğənni və aktrisa Cennifer Lopes Ben Afflekin anası ilə görüntülənib.
Ben Afflek Cennifer Lopeslə birlikdə oğlu Samuelin basketbol oyununa gedib. Onlara aktyorun anası Kristofer Enn Boldt da qoşulub. Jurnalistlərin sözlərinə görə, qadın daha sonra oğlunun keçmiş həyat yoldaşı Cennifer Qarnerlə oyunu tərk edib. Bu vəziyyət Lopesin qayınanası ilə pis münasibəti barədə şayiələrin yayılmasına səbəb olub.
"Cey Lonun Benin anasına laqeyd münasibətini və ona xor baxdığını görmüsünüzmü?", "Ben Afflekin anası və Cey Lo bir-biri ilə, ümumiyyətlə, danışmırlar! Onlar sadəcə olaraq bir-birilərinə məhəl qoymurlar", "Cennifer Lopes sadəcə pis tərbiyə alıb...", "Düşünürəm ki, onlar bir-birilərinə xor baxırlar", - deyə şərhlərdə yazılıb.
Xatırladaq ki, bu yaxınlarda Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğu barədə şayiələr yayılıb.
Mənbə: Daily Mail
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
oxu.az

10Mənbələr