AZ

Yeni Kaledoniyanın nümayəndə heyəti Bakıya gələcək

Mayın 30-da Bakı Təşəbbüs Qrupunda keçiriləcək görüş üçün Yeni Kaledoniyadan nümayəndə heyəti Azərbaycana gələcək.

Qaziler.az xəbər verir ki, nu barədə “NEWS.ru”ya Milli Məclisin deputatı Rasim Musabəyov məlumat verib. Onun sözlərinə görə, Bakı Qərbin təzyiqlərinə baxmayaraq, xalqların müstəmləkəçilik əleyhinə mübarizəsinə dəstək verməklə bağlı prinsipial mövqeyini saxlayır.

“Biz dəstək veririk - siyasi, mənəvi, informasiya. Amma biz insanları Yeni Kaledoniyaya göndərmirik ki, orada təbliğat aparsınlar. Arxipelaq Azərbaycandan 15 min km uzaqda yerləşir. Və təbii ki, biz ora silah göndərmirik - bizim nə təyyarədaşıyıcılarımız, nə də strateji təyyarələrimiz var”, - deyə deputat istehza ilə bildirib.

Musabəyov əmin edib ki, Parisin təzyiqləri Bakının neokolonializmlə mübarizəni davam etdirməsinə mane olmayacaq.

Azərbaycan ilkin olaraq anti-müstəmləkəçilik gündəmi olan Qoşulmama Hərəkatının həmsədridir. Musabəyov xatırladıb ki, hərəkat özü müstəmləkə boyunduruğundan azad olmuş ölkələrdən yaranıb.

“NEWS.ru” qeyd edib ki, mayın ortalarında Yeni Kaledoniyada iğtişaşlar baş verib. Paris Bakını Sakit Okeanın cənubunda yerləşən Beşinci Respublikanın bu xarici ərazisindəki vəziyyətə müdaxilə etməkdə ittiham edib. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmaninin sözlərinə görə, Azərbaycan arxipelaqın müstəqilliyini müdafiə edən hərəkatları dəstəkləyir. “Politico” qəzeti iğtişaşları təkcə Bakının deyil, Moskvanın da təşkil etdiyini irəli sürür.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
9
qaziler.az

10Mənbələr