AZ

Millimiz Fransaya QALİB GƏLDİ

Bosniyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulur. 

Milli komandamız F qrupunda sonuncu görüşdə Fransa millisi ilə qarşılaşıb. 

Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib. Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb. 

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.


Seçilən
82
11
news365.az

10Mənbələr