AZ

Azərbaycan millisi Fransa yığmasına da qalib gəldi, qrup lideri oldu

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulub.

Milli komandamız yer aldığı F qrupundakı sonuncu görüşdə Fransa yığması ilə qarşılaşıb. Elşad Quliyevin çalışdırdığı komanda 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olan Bolqarıstanla qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan millisi Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub etmişdi.

Seçilən
126
11
arena.az

10Mənbələr