AZ

Ermənistan öz almazından 30 dəfə çox almaz ixrac edir- Rusiya sanksiyalarından yeni yayınma üsulu...

Image

Yadigar Məmmədli: “Reeksport o həddə gəlib çatıb ki, Avropanın aparıcı media resursları özləri buna heyrət edir”

Rusiya Qərbin sanksiyalarından yan keçmək üçün qiymətli daşların və qızılın ixracında Ermənistandan istifadə edir.  Bu barədə Almaniyanın “Deutsche Welle” nəşri yazıb.

Məlum olub ki, 2024-cü ilin birinci rübündə Ermənistandan qızıl ixracı 2,5 milyard dollar, almaz 185 milyon dollar təşkil edib. Ölkədə bu xammalın emalı kəskin artaraq 31% olub. Almaz və qızılın Rusiyadan idxalı da eyni sürətlə artır. 

“2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə istehsal olunandan 30 dəfə çoxdur. Bu, artıq artan təkrar ixracın parlaq faktıdır”,- irəvanlı iqtisadçı Suren Parsyan DW-yə müsahibəsində deyib. İqtisadçılar qeyd edirlər ki, Ermənistan faktiki olaraq Rusiya daşları və qızıllarının, xüsusən Dubay və Honq Konqa tədarükü üçün tranzit kanalına çevrilib. 

“2022-ci ildə Rusiyadan çıxarılan pulun əhəmiyyətli hissəsi Ermənistanda məskunlaşıb. Bu vəsaitlər erməni kanalları vasitəsilə Rusiya ilə BƏƏ arasında almaz və qızıl alveri zamanı istifadə olunur”, - erməni iqtisadçısı Aqasi Tavadyan deyir.

Burada diqqət çəkən məqam odur ki, ən yüksək səviyyədə Ermənistanın sanksiyalardan yayınması faktlarla göstərilir, amma Qərb bunununla əlaqədar İrəvana heç bir xəbərdarlıq etmir. Ancaq bir ay əvvəl heç nədən Azərbaycan şirkətini qara siyahıya saldılar.

“Düşünmürəm ki, bu məlumatların tirajlanmasından sonra Qərb Ermənistana qarşı gərəkən addımları atacaq” 

Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bütün bunları Qərbin riyakarlığı ilə əlaqələndirdi: “Həqiqətən də qeyd olunan rəqəmlər heyrət doğurur. Ən azından ona görə ki, Ermənistanın özündə bu qədər almaz, qızıl və digər qiymətli metallar istehsal olunmur. Heç Ermənistanda bu qədər təbii ehtiyatlar yoxdur. Aydın məsələdir ki, Ermənistan reekspoertla məşğuldur. Yəni sanksiyalardan yayınaraq Rusiyanın qiymətli metallarını ixrac edir. Rusiyaya lazım olan məhsulları isə Ermənistan vasitəsi ilə ora ötürür. Əslində bütün bunlar yeni deyil. Qərb də bunu yaxşı bilir və şərait yaradıllar ki, Ermənistan reeksportdan milyardlar qazansın. Elə bunun nəticəsidir ki, balaca Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi fantastik dərəcədə artıb. Bəzən sadəlövhcəsinə deyilir ki, Paşinyan əksər körpüləri Rusiya ilə yandırıb Moskvadan uzaqlaşmaq xətti götürüb. Əslində isə bu, heç də belə deyil. Nikol belə bir görüntü yaradır, amma reallıq tamam fərqlidir. Reallıq odur ki, Ermənistan nə KTMT-dən, nə də Avrasiya İqtisadi İttifaqından çıxmayıb. Əksinə, Aİİ-nin iqtisadi dividendlərindən maksimum faydalanır. Üzdə Rusiyaya qarşı olan Paşinyan bu ölkənin sanksiyaları dəlməsinə hər cür yardım edir. Sadəcə, reeksport o həddə gəlib çatıb ki, Avropanın aparıcı media resursları özləri buna heyrət edir. Ancaq düşünmürəm ki, bu məlumatların tirajlanmasından sonra Qərb Ermənistana qarşı gərəkən addımları atacaq. Çünki əvvəllər olduğu kimi, indi də Qərb Ermənistanın qanunuzluqlarına göz yumur. Bunun ən bariz nümunəsini biz işğal dönəmində gördük. Yaşayış məntəqələrimiz viran qoyuldu, amma bütün bunlara görə bir dəfə belə Ermənistanı qınayan olmadı. O üzdən hesab edirəm ki, bütün bunlar ənənəvi siyasi oyunlardır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
baki-xeber.com

10Mənbələr