AZ

AzMİU-da imtahan sessiyasına start verilib - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. 

"Unikal" xəbər verir ki, AzMİU-da imtahan sessiyasını Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə rektor professor Gülçöhrə Məmmədova tərəfindən əmr imzalanıb.  

Sessiyanın iyun ayının 3-dən başlayaraq 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. İmtahanlar bakalavriat və magistratura səviyyələri üzrə yazılı, test və yaradıcı fənlərdən qabiliyyət imtahanı verməklə təşkil edilib. 2 növbədə keçiriləcək imtahanlar saat 9:00-da start götürüb 17:00-a qədər yekunlaşacaq. 
Bildirək ki, AzMiU-da imtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə verilib.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, onların ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət İşçi qrup formalaşdırılıb. Həmçinin, imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb. 

Sessiyanın gedişi zamanı imtahanların nəticəsində yarana biləcək narazılıqların, neqativ halların zamanında həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. 
 
İmtahan boyu şikayətlərə baxılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində rektorun sədrliyi ilə Münaqişə Komissiyası da fəaliyyət göstərəcək. 

Universitet tərəfindən üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələrə yenidən imtahan verməyə şərait yaradılacaq. 

İmtahan sessiyasının gedişinə nəzarət, o cümlədən şəffaflığın təmin olunması məqsədi ilə AzMiU-da Apellyasiya Komissiyası, “Qaynar xətt" də fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyunun 4-də AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımovla birgə imtahan prosesinə baxış keçirib, tələbələrlə və işçi heyətlə söhbət aparıb, lazımi tapşırıqlar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
18
unikal.az

10Mənbələr