AZ

Köpəkbalığına görə çimərliklər bağlandı

ABŞ-də 46 yaşlı kişi köpək balığının hücumuna məruz qaldıqdan sonra çimərliklər bağlanıb.

"Unikal" xəbər verir ki, hadisə Cənubi Kaliforniya sahillərində qeydə alınıb. Qolundan və əlindən xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

Hücumun çimərlikdən təxminən 100 metr aralıda olması diqqət çəkib. Köpək balığının dəhşətini yaşayan şəxs yaxınlıqdakı digər vətəndaşların köməkliyi ilə sahilə çıxarılıb. Səlahiyyətlilər kişinin xəsarətlərinin ciddi olduğunu, lakin həyatı üçün təhlükə olmadığını bildirib. 

Hadisənin baş verdiyi ərazidəki çimərliklərin bir neçə gün bağlı qalacağı bildirilib.  

Seymur Əli 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
18
unikal.az

10Mənbələr