AZ

Tikantəpədə tarixi abidə baxımsız qalıb

Tikantəpədə

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) mahalında Azərbaycan tarixi abidəsi baxımsızlıq ucbatından dağılmaq üzrədir.

Gunaz.tv

Bu barədə məlumat yayan mədəni fəallar bildiriblər ki, tarixi Rəşidəddin qala və hamamının bərpası üçün vəsait ayrılmır.

"Afşar elinin xanına məxsus 300 illik abidənin incəsənət nümunəsi sayılan pannosunun və başqa nadir bəzəklərinin silinməsinə baxmayaraq Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi hər hansı tədbir görməyə tələsmir",- məlumatda deyilir.

3960 kvadrat metr sahədə və iki bölmədən ibarət olan, 2015-ci ildə tarixi əsərlər siyahısına salınan tarixi abidənin hazırda 80 faizi dağılıb.

Qeyd edək ki, bundan əvvəl tarixi abidə bir müddət İran İnqilab Keşikçilri Korpusunun qərargahına çevrilib, bu isə abidənin dahada çox dağılmasına, dəfələrlə çıxan yanğın nəticəsində acınacaqlı duruma düşməsinə səbəb olub.

SEPAH tarixi qala və hamamı yararsız vəziyyətə saldıqdan sonra tikilini tərk edərək onu Qızıl Aypara Cəmiyyətinin nəzarətinə verib.

Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi isə bir ara abidənin yenidən qurulmasına cəhd göstərdiklərini, ancaq bunun üçün külli miqdarda vəsait lazım olduğu üçün təmir işərinin yarımçıq qaldığını bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Tikantəpədə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
xalqcebhesi.az

10Mənbələr