AZ

Tikantəpədə tarixi abidənin bərpasına vəsait ayrılmır

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) mahalında yerləşən Rəşidədolə tarixi qala və hamçamının bərpasına vəsait ayrılmadığına görə, memarlıq əsəri dağıtmaq üzrədir.

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, Əfşar xanı tərəfindən Qacarıar dövründə inşa edilən 300 illik əsərin bərpası ilə bağlı Mədəni İrs Təşkilatına edilən müraciətlər cavabsız qalıb.

3960 kvadrat metr sahədə və iki bölmədən ibarət olan, 2015-ci ildə tarixi əsərlər siyahısına salınan tarixi abidənin hazırda 80 faizinın dağılmasına baxmayaraq ilgili qurumlar onun yenidən qurulması və qorunması ilə bağlı heç bir addım atmırlar.

Bundan öncə tarixi abidənin bir müddət İran İnqilab Keşikçilri Korpusunun qərargahına çevrilməsi onun dahada çox dağılmasına, dəfələrlə çıxan yanğın nəticəsində acınacaqlı duruma düşməsinə səbəb olub.

Tarixi abidəni yararsız vəziyyətə saldıqdan sonra İnqilab Keşikçiləri Korpusu tarixi tikilini tərk edərək onu Qızıl Aypara Cəmiyyətinin nəzarətinə verib.

Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin sədr müavini Davud Fərazi bir ara abidənin yenidən qurulmasına cəhd göstərdiklərini, ancaq bunun üçün külli miqdarda vəsait lazım olduğu üçün təmir işərinin yarımçıq qaldığını bildirib. 

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
20
visiontv.az

10Mənbələr