AZ

32 il sonra kimliyi müəyyən edilən şəhid Siyəzəndə torpağa tapşırıldı – FOTO/VİDEO 

Birinci Qarabağ şəhidi Rüfət Cabbarovun cənazəsi doğma kəndi olan Dağ Quşçuya gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəfn mərasimində rayon rəsmiləri sakinlər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak edib.

Kənd sakinləri 32 ildən mərhumun cənazəsini ehtiramla qarşılayıblar.

Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, hərbçilər tərəfindən 3 dəfə yayılım atəşi açılıb.

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov Rüfət Cabbarovun şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağını mərhumun qardaşına təqdim edib.
 


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
22
bizim.media

10Mənbələr