AZ

Qaxa dolu DÜŞÜB

Bu gün axşam saatlarında Qax rayonu ərazisinə dolu düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dolu əsasən rayonun Qum, Çinarlı və Ləkit kəndlərində müşahidə edilib. 

Qısa müddət ərzində yağan dolu elə də iri olmayıb və tezliklə də kəsilib. İlkin məlumatlara əsasən dolu meyvə ağaclarına və kənd təsərrüfatı bitkilərinə elə də ciddi zərər vurmayıb. Yerli icra və bələdiyyə nümayəndələri kəndlərdə sakinlərlə görüşüb, dolu ilə bağlı məlumatlar toplayıb.
Bu saatlara rayonda hava şəraiti sakit və yağmursuz keçir. Elektrik enerjisinin verilməsində və rabitə sistemində fasilə yaranmayıb.

Turaı Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
22
bizim.media

10Mənbələr