AZ

Çin XİN: Qəzzada tezliklə atəşkəs əldə edilməlidir

"Fələstin problemindən çıxış yolu iki dövlətli həll yoludur. Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir".

Aznews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi bildirib.

Çinin xarici işlər naziri Vanq Yi İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

Vanq, "Qəzzədə ən qısa zamanda atəşkəs əldə edilməlidir. Fələstin problemindən çıxış yolu iki dövlətli həll yoludur. Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir. Çin və Türkiyə aralarındakı koordinasiyanı gücləndirəcəklər və Fələstin probleminin ən qısa zamanda ədalətli və qalıcı həlli üçün səy göstərəcəklər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
aznews.az

3Mənbələr