AZ

Çin naziri Vanq: Qəzzada tezliklə atəşkəs əldə edilməlidir

Çin naziri Vanq Qəzzada ən qısa zamanda atəşkəsin yaradılmasının vacibliyini bildirib. Bizimyol.info xəbər verir ki, "trthaber"in verdiyi məlumata görə, Çinin xarici işlər naziri Vanq Yi İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib. “Fələstin problemindən çıxış yolu iki dövlətli həll yoludur. Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir”, - deyə Çinin XİN rəhbəri Qəzzada tezliklə atəşkəs əldə edilməli olduğunu bildirib. Vanq: “Qəzzada mümkün qədər tez atəşkəs əldə edilməlidir. Fələstin problemindən çıxış yolu iki dövlətli həll yoludur. Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir. Çin və Türkiyə aralarındakı koordinasiyanı gücləndirməli və Fələstin məsələsinin ən qısa zamanda ədalətli və daimi həllinə nail olmaq üçün səylərini sürətləndirməlidir”, - deyə nazir qeyd edib. Vanq Türkiyə ilə Çinin əməkdaşlığını gücləndirmək üçün addımlar atacağını bildirib: “Biz hər cür hegemonluq və güc siyasətinə qarşı çıxmalı və qlobal idarəçiliyi ədalətli səviyyəyə qaldırmalıyıq”, - deyə o əlavə edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
bizimyol.info

3Mənbələr