AZ

AYNA sərnişinləri əmin edir: Atobusların sayı artacaq

Taksilər haqqında qəbul edilmiş qərarla bağlı iyulun 1- dən taksilərin sayının azalacağı proqnozlaşdırılır.

Bu səbəbdən əsas yük avtobusların üzərinə düşür. Lakin avtobusların sayı çox olmadığından, gündəlik sərnişin təlabatını qarşılamağa yetmir. 

Bu səbəbdən içtimai nəqliyyatda avtobusların sayının artırılmasına zərurət yaranır. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşı Tural Orucov “Cebhe.info”-ya açıqlamasında deyib ki, Azərbaycanda taksi sayı digər ölkələrlə müqayisədə dəfələrlə çoxdur:

“Bu gün Bakının əsas küçə və prospektləri ilə yanaşı, ətraf ərazilərdə də sıxlıq və tıxaclar müşahidə olunur. İctimai nəqliyyatın hərəkətini ləngidən əsas amil də elə 10 minlərlə qanunsuz taksinin fəaliyyət göstərməsidir. Əgər fərdi nəqliyyat vasitəsi gün ərzində 2 dəfə səfər reallaşdırırsa, taksilərdə bu gösgərici 10 dəfə çoxdur”. T.Orucov hesab edir ki, yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq: “Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”. 

O vurğulayıb ki, bu sahədə AYNA tərəfindən təhlillər aparılıb və nəticələrə əsasən taksi sayının azaldılmasına müvafiq olaraq avtobuslar xəttə buraxılacaq:

“Bu da sərnişin sıxlığının, eləcə də avtobusların qrafikdən və intervaldan kənarlaşması hallarının qarşısını alacaq. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək”.

T.Orucov qeyd edib ki, hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
33
cebheinfo.az

10Mənbələr