AZ

İrəvan və Bakı bir-birinin konstitusiyalardan narazıdırlar - Mirzoyan

"Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemlər olduğunu dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneə ola biləcəyi fikri səsləndirilib". Bizimyol.info xəbər verir ki, Errmənistan mətbuatının verdiyi məlumata görə, xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib. "Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi bir başa Azərbaycanla danışıqlar prosesinin predmetidir", - deyə nazir əlavə edib. Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır. O bildirib ki, bu, Ermənistanın daxili işidir. Eyni zamanda, o qeyd edib ki, həm Ermənistan konstitusiyası, həm də Azərbaycan konstitusiyası, ümumiyyətlə, hüquqi nöqteyi-nəzərdən uzunmüddətli sülh üçün problem ola bilməz. Xatırladaq ki, baş nazir Nikol Paşinyan 2024-cü il yanvarın 19-da bəyan etmişdi ki, ölkənin “yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli” edəcək yeni Konstitusiyaya ehtiyacı var. Fevralın 1-də İctimai Radioya müsahibəsində Baş nazir faktiki olaraq yeni Konstitusiyada Bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. Qadir, Bizimyol.info

Seçilən
108
50
bizimyol.info

10Mənbələr