AZ

XİN: 2023-cü ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması davam etdirilib

2023-cü ildə Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirib.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

O deyib: “Bir sıra məsələlər üzrə kifayət qədər geniş qarşılıqlı anlaşmamız var. Təbii ki, konkret razılaşmaları yerlərdə görməyin vaxtının yetişdiyi göz qabağındadır”.

Nazirin sözlərinə görə, Gürcüstan və İranla da əlaqələr xeyli dərinləşib:

“Məsələn, bu ilin fevralında Gürcüstanla strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamağa nail olduq. İranla münasibətlərdə də mühüm nailiyyətlərimiz olub. Müxtəlif istiqamətlərdə. İlk növbədə, iqtisadi baxımdan”.

Mirzoyan Fransa və ABŞ-la münasibətlərin dərinləşdirilməsi istiqamətində aktiv addımların atılacağını da vurğulayıb.


Telegram kanalımız
Seçilən
124
50
yenisabah.az

10Mənbələr