AZ

İnam Kərimov: Türk dünyası ilə məhkəmə sistemi sahəsində qarşılıqlı əlaqələrə xüsusi önəm verilir

Türk dünyası ilə məhkəmə sistemi sahəsində qarşılıqlı əlaqələrə xüsusi önəm verilir.
 
Bunu Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov iyunun 4-də Bakıda keçirilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.
 
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin müxtəlif orqanlarının iştirakı ilə təşkil olunan tədbirlər bir ənənəyə çevrilib: "Bu da təsadüfi deyil, çünki Türk dünyası 200 milyondan çox insanın yaşadığı bir coğrafiyanı əhatə edir. Türk xalqlarını ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir".
 
İ.Kərimov bildirib ki, ötən ilin oktyabr ayında Şuşada Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsi imzalandı: "Bununla da ölkələrimizin məhkəmə sistemləri arasında münasibətlərdə yeni səhifə açılmış oldu. Həmçinin bu yaxınlarda Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II toplantısı keçirildi, yeni şəbəkənin yaradılması və gələn il tədbirin Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
moderator.az

10Mənbələr