AZ

“Putin Si ilə razılaşa bilməyib” - Çin Rusiya qazını “su qiymətinə” almaq istəyir

Vladimir Putin Pekinə son səfəri zamanı Çin başçısı Si Cinpinlə “Sibirin gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı razılığa gələ bilməyib.

Hurriyyet.az xəbər verir ki, bunu “Financial Times” öz mənbələrinə istinadla yazıb.

Yazıda qeyd olunur ki, razılaşmanın əldə olunmaması əsasən Pekinin gələcək qaz tədarükünün qiymətinə olan tələbi ilə bağlıdır. Çin Rusiyadan qazı "yüksək subsidiyalaşdırılmış" daxili Rusiya qiymətləri ilə almaq istəyir. Moskva isə bunu "əsassız" hesab edir: “Pekin Moskvanın "Sibirin Gücü-2" vasitəsilə tədarük etmək istədiyi illik 50 milyard kubmetrin yalnız kiçik bir hissəsini almaq niyyətində olduğunu da açıqlayıb. Rusiya artıq Çinə qazı əhəmiyyətli endirimlərlə tədarük edir. Belə ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin makroiqtisadi proqnozuna əsasən, 2027-ci ilə qədər Çin üçün Rusiya qazı Avropa və Türkiyədəki istehlakçılardan 28% ucuz olacaq. Beləliklə, 2024-cü ildə Çin bazarı üçün ixrac qiyməti 1000 kubmetr üçün 257 dollar təşkil edəcək. Avropa və Türkiyə bazarları üçün qiymət 320,30 dollar olacaq.

Ancaq növbəti üç il ərzində fərq artmağa başlayacaq. 2025-ci ildə Çin üçün qiymət 243,7 dollar, Avropa və Türkiyə üçün isə 320,1 dollar, 2026-cı ildə müvafiq olaraq 233 və 320 dollar, 2027-ci ildə isə 227,8 və 315,4 dollar olacaq.

Rusiya Çinə “Sibirin Gücü-2” qaz kəmərinin tikintisini təklif edir və bu kəmər Yamaldakı yataqlardan qazı Çin bazarına çıxaracaq. Kəmərin uzunluğu 3550 km olacaq, bunun 950 km-i Monqolustan ərazisindən keçməlidir. Bununla belə, Çin yeni qaz kəmərinə sərmayə qoymaq istəmir və Rusiyanı çoxmilyardlıq layihənin pulunu təkbaşına ödəməsini istəyir.

Eyni zamanda, Avropa bazarını faktiki itirdikdən sonra Rusiyanın heç bir seçimi və qazı yerləşdirməyə yeri yoxdur. Buna görə də, “Qazprom” artıq hasilatı 75 faiz azaldıb və bu, dövlət ixrac monopoliyasının tarixində rekord olub”.

Azpolitika.info

Seçilən
120
8
hurriyyet.az

10Mənbələr