AZ

Qaz kəməri ilə bağlı Rusiya-Çin razılaşması Pekinin sərt tələbləri səbəbindən dalana dirənib

Pekinin qiymət və tədarük həcminə dair tələbləri səbəbindən Rusiyanın Çinlə qaz kəmərinin tikintisinə dair saziş bağlamaq cəhdləri dalana dirənib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” mənbələrə istinadən yazır

Qeyd olunur ki, Çin "böyük həcmdə subsidiyalaşdırılan” Rusiyanın daxili qiymətlərinə yaxın qiymət ödəmək istəyib. Pekin həmçinin boru kəmərinin planlaşdırılan 50 milyard kubmetrlik illik ötürmə qabiliyyətinin yalnız kiçik bir hissəsini almağı öhdəsinə götürüb.

FT yazır ki, Pekinin "Sibirin gücü 2” qaz kəməri ilə bağlı mövqeyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Rusiya prezidenti Vladimir Putini iqtisadi dəstəklə bağlı Çin lideri Si Szinpindən necə asılı vəziyyətə saldığını nümayiş etdirir.

Nəşrin yazdığına görə, boru kəməri razılaşması Putinin 2024-cü ilin mayında Çinə səfəri zamanı Si Szinpinə etdiyi üç əsas xahişdən biri olub.

Bundan əlavə, rus prezident Çin liderindən Rusiyada Çin banklarının fəaliyyətini genişləndirməyi, həmçinin İsveçrədə keçirilən Qlobal sülh sammitində iştirak etməməyi xahiş edib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
8
qaynarinfo.az

10Mənbələr