AZ

Fələstin Kolumbiya liderini dövlət medalı ilə təltif etdi

Fələstin Dövləti Kolumbiya Prezidenti Qustavo Petroya Fələstin məsələsində liderliyinə görə ona dövlət medalı təqdim edib.

KONKRET.az xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqotadakı Casa de Narino Prezident sarayında keçirilən mərasimdə Petro ilə yanaşı, Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo və Fələstin xarici işlər naziri Riyad əl-Maliki də iştirak edib.

Dövlət medalını prezident Petroya təqdim edən Maliki Fələstinin məruz qaldığı haqsızlıqları dünyaya çatdırdığı üçün Petroya təşəkkür edib.

Petro çıxışında Fələstin xalqına və xarici işlər naziri Malikiyə məmnunluğunu ifadə edib: “Həyatım boyu çoxlu medallar və dövlət ordenləri almışam, amma deyə bilərəm ki, bəlkə də həyatımın ən qiymətli medalı elə indi verilib. Çünki dünya tarixində, müqavimət tarixində yaşadığımız dəhşətə etirazımı bildirməli idim”.

Dövlət medalını X sosial media hesabında paylaşan Petro “Həyatımın ən dəyərli hədiyyəsi olaraq hesab etdiyim bu medala layiq görüldüyüm üçün Fələstin xalqına təşəkkür edirəm”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
19
konkret.az

10Mənbələr