AZ

Qəzzada ailələrin təxliyyəsi nəticəsində 36 obyekt boşaldıldı

Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) Qəzzalı ailələrin təxliyyəsi nəticəsində Rəfahdakı 36 obyektin tamamilə boşaldıldığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, UNRWA 18500 hamilə qadının Rəfahı tərk etməli olduğunu açıqlayıb.

UNRWA-dan verilən açıqlamada İsrail qüvvələrinin əməliyyatları səbəbindən minlərlə ailə qaçmaq məcburiyyətində qaldığı bildirilib: \"UNRWA-nın Rəfahdakı 36 sığınacağı hazırda boşdur. Xan Yunus və mərkəzi bölgədə 1,7 milyon insanın didərgin düşdüyü təxmin edilir. Qəzza bölgələrində humanitar yardım sahəsi daralır\".
 
Qaçan ailələr Han Yunus xarabalıqlarına sığındığı bildirilir.

İsrailin evakuasiya əmri verdikdən və Rəfahdakı hücumlarını gücləndirdikdən sonra bölgəni tərk etmək məcburiyyətində qalan Qəzzalı vətəndaşlar, daha əvvəl tərk etməli olduqları Xan Yunusdakı UNRWA obyektlərinə sığınıblar. Bu obyektlər İsrailin əvvəlki hücumlarında zədələnmiş binalardan ibarətdir.

Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
19
azxeber.com

10Mənbələr