AZ

Döyüş meydanında vəziyyət dəyişdikcə, ABŞ-ın planları da dəyişir – Ağ Evin sözçüsü Con Kirbi

ABŞ hökuməti döyüş meydanında vəziyyət dəyişdikcə Rusiyaya hücum etmək üçün Amerika silahlarından istifadəyə düzəlişlər edir.

Turkustan.az bildirir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib. O əlavə edib ki, ölkə hökuməti bu məsələni Ukrayna ilə müzakirə etməyə hazırdır. Kirbi aydınlaşdırıb ki, ABŞ-ın mövqeyi yaxın aylarda çətin ki, dəyişsin.

“Əlbəttə, biz bunu ukraynalılarla müzakirə edəcəyik. Mən indi deyə bilmərəm ki, bu, Amerika silahlarının istifadəsi ilə bağlı siyasətdə əlavə dəyişikliklərə gətirib çıxaracaq”, – o, iyunun 2-də ABC telekanalında deyib. Kirbi aydınlaşdırıb ki, ABŞ hələ də Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə vermir. Ağ Ev nümayəndəsinin sözlərinə görə, Ukrayna ordusu Xarkov vilayətində Rusiya Silahlı Qüvvələrinin güclü təzyiqi ilə üzləşib. ABŞ-ın silahlarından istifadəyə icazə verməsinin səbəblərindən biri də budur.

Söhbət hərbi hədəflərə, silah mövqelərinə və daşıma bazalarına hücumlardan gedir. Lakin ABŞ prezidenti Co Bayden bu cür zərbələrə yalnız Xarkov istiqamətində icazə verib.

Mayın 30-da “Politico” nəşri ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsinə qoyulmuş qadağanı gizli şəkildə ləğv etdiyini yazıb. Mənbələr “The Wall Street Journal”a bildiriblər ki, HIMARS buraxılış qurğuları və GMLRS idarəolunan çoxsaylı buraxılış raket sistemləri tərəfindən vurulan zərbələrə görə qadağa götürülüb. Eyni zamanda, Rusiya ərazisinə hücumlar üçün uzaq mənzilli ATACMS raketlərinin istifadəsi hələ də qadağandır, – qəzet yazır./Editor.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
turkustan.az

10Mənbələr