AZ

Erməni kilsəsi hakimiyyət istədi, Paşinyandan "nokaut" aldı

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarına rəhbərliketdiyini vurğulayan arxiyepiskop Baqrat - yəni Vazgen Qalstanyan -"müqavimətin ən genişmiqyaslı. qətiyyətli və radikal dövrü"nünbaşladığını bəyan edib.

Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş(Tovuzqala) yeparxiyasının arxiyepiskopu İrəvandan Gümrüyə yürüşedərək etiraz aksiyalarının miqyasını və intensivliyini daha daartırmaq niyyətində idi.

Vazgen Qalstanyanın məramı alınmadı, çünki Gümrüdə onunmitinqinə qatılan ermənilərin sayı təxminlənəndən ən azı 15 dəfə azidi.

Statistikanın mənfi məcrada olduğunu görən V.Qalstanyan və yakeşiş Baqrat İrəvandakı son aksiya barədə bəyanatlar verməkləvəziyyəti "normallaşdırmaq" fikrinə düşüb.

Ermənistanın paytaxtında tərəfdarlarını XİN binası qarşısınatoplayan və nazir Ararat Mirzoyanın onunla görüşməsini, sonra daistefa verməsini tələb edən keşiş Baqratın bu istəyi siyasiidiotizmin, yaxud da hakimiyyətə gəlmək istəyən şəxsin nəetməyəcəyi barədə nümunə sayıla bilər.

A.Mirzoyanın istefa tələbinin mənası və məntiqi nədir? Bunukeşiş Baqrat bilmirdi, çünki ona belə əmr verilmişdi.

Əmrin müəllifləri erməni kilsəsi (EAK), sabiq prezidentlərRobert Köçəryan və Serj Sarqsyan, habelə daşnaklar, ABŞ, Rusiya vəFransadakı erməni icmalarının diaspor təşkilatlarının rəhbəri, birdə kənardan maliyyələşən və idarə olunan müxalifət qruplarınınbaşçılarının formalaşdırdıqları "anti-Paşinyan koalisiyası"idi.

Ermənistanın XİN-i hakimiyyətin, daha konkret olsaq, baş nazirNikol Paşinyanın iradəsinin və mövqeyinin xaricə translyasiyaolunduğu strukturdur. XİN başçısının dəyişməsi heç bir halda daxilisiyasətə və proseslərə təsir edə bilməz. Keşiş Baqratın tələbininmarazmatik olması da bununla bağlıdır.

Amma hər şey göründüyü kimi bəsit deyil: Ararat Mirzoyanıvəzifəsindən kənarlaşdırmağa çalışan Ermənistanın sabiq prezidentiRobert Köçəryandır.

O, hakimiyyətə gəlmək və baş naziri postuna yiyələnmək üçünaprelin 19-da Tavuş (Tovuzqala) bölgəsində başlatdığı, rəsmiməqsədi Azərbaycanla Ermənistan arasında delimitasiya vədemarkasiyanın, habelə yekun sülh müqaviləsinin imzalanmasınınqarşısını almaq, prosesləri dayandırmaq olan aksiyalarlaN.Paşinyanı hakimiyyətdən kənarlaşdıra biləcəyinə ümid edirdi.

Keşiş Baqratın sonradan İrəvana yürüşü, Ermənistan paytaxtınınmərkəzində mitinqlər keçirməsi, tərəfdarlarına yolları bağlamağıtapşırması, sonda da dövlət qurumlarına və inzibati binalarahücumlar edilərək onların ələ keçirilə biləcəyini "istisnaetməməsi" - bütün bunlar cəmiyyətdə hakimiyyətdən ciddi narazılığınolduğunu göstərməli idi.

Olmadı, protest elektoratı adlandırılan kütlənin sayı Paşinyanınpostundan kənarlaşdırılması üçün əsla yetərli deyildi.

Keşiş Baqrat artıq ikinci ay davam edən etiraz aksiyaları iləməqsədlərinin heç birinə nail olmasa da, ambisiyalarındanqalmır.

Onun yeni bəyanatı isə ümumiyyətlə, ironiya ilə qarşılanıb.

"İndiki Ermənistan sovet Ermənistanının hüquqi varisi olduğundanerməni kilsəsi məhkəməyə müraciət etməli, sovet hakimiyyətiillərində kilsəmizə vurulmuş bütün zərərlərə və itkilərə görətəzminat tələb etməlidir. Eçmiədzin şəhəri də oranın əsl sahibinə,kilsəyə qaytarılmalıdır".

Keşiq Baqratın siyasi bisavadlığı bir yana - onun elementarməntiqi və ağlı belə, yoxdur.

Vaqarşapat və ya Eçmiədzin şəhəri heç zaman erməni kilsəsinəmənsub olmayıb.

Xatırladaq ki, 1375-ci ildə Kilikiyada erməni hakimiyyətidarmadağın ediləndən sonra erməni kilsəsinin yeri 1441-ci ildəİrəvan yaxınlığındakı Vaqarşapata köçürüldü.

Bundan başqa, ermənilər xristianlığı qəbul etməzdən və kilsəyaratmazdan əvvəl də mövcuddular: onlar Hindistanın indiki Mədrəsvilayətindəki qaraçı tayfalarının bir hissəsi kimi Qərbə doğru köçedərək Qafqazda, İranda və Anadoldu məskunlaşanda keşişləryoxdular.

Əzəli alban yaşayış məskəni, indiki Eçmiədzin şəhərinin tarixidə Erməni Həvariyun (Apostol) Kilsəsinin tarixindən çoxqədimdir.

Dövlətdən və xalqdan "təzminat" tələb edən keşiş Baqrat hələ dəanlamır ki, belə marazmatik bəyanatlaı, xüsusilə də şouya çevirdiyi"etiraz aksiyaları" vasitəsilə ermənilər arasında onsuz da nüfuzunusürətlə itirən kilsənin çəkisini həndəsi silsilə iləazaltmaqdadır.

Məhz keşiş Baqratın aksiyaları Ermənistan hakimiyyətini sondövrlərdə aşkar və kobud şəkildə siyasətə müdaxilələrlə məşğulolan, hətta baş nazir postunu ələ keçirmək istəyən kilsəyə qarşısərt addımlar atmağa vadar edib.

Ermənistanın baş naziri Nikol Paşinyan kilsənin ifrat"azadlığı"nın, daha doğrusu, özbaşınalığının, külli miqdardamaliyyə vəsaitini və əmlakı vergilərdən yayındırmasına son qoymaqqərarına gəlib. Eyni zamanda o, EAK-ı "kənar qüvvələrin təsiragentlərindən təmizləmək" niyyətini də açıqlayıb.

Məhz N.Paşinyanın bəyanatından sonra kilsə əmlakına vergi tətbiqedilməsi barədə qanun layihəsinin hazırlanmasına başlanıb.

Paşinyanın kilsə ilə ixtilafı əslində onun və komandasınınErmənistanda hakimiyyətə iddialı olan bütün qüvvələrləmübarizəsinin tərkib hissəsidir.

Erməni kilsəsi xarici ölkələrdəki erməni diasporu vəErmənistanda əslən qarabağlı ermənilərdən ibarət, "qarabağlılarklanı" adlanan, sabiq prezidentlər Robert Köçəryanın və SerjSarqsyanın başçılıq etdikləri strukturla işbirliyinə başlayaraqhakimiyyəti qəsb etmək niyyətindədir.

EAK-ın katolikosu 2-ci Qareginin özünü "ermənilərin mənəvidayağı, ən böyük nüfuz daşıyıcısı" hesab etməsi onunambisiyalarından xəbər verir.

Əgər əvvəllər Ermənistanın hakimiyyət dairələri ermənikilsəsinin başlıca ideologiyası olan revanşizmi, irqçiliyi, dini vəetnik zəmində nifrəti, terrorçuluğu, ərazi iddialarını və saxtatarixi tam dəstəkləyərək milli-siyasi kursa çevirmişdisə, Paşinyanadministrasiyası yürütdüyü siyasətdə və strategiyada bu zəhərliideologemlərin çəkisini və sayını azaltmağa çalışır.

Azərbaycanla sülh danışıqları aparan, şərti dövlət sərhədinindelimitasiya və demarkasiya prosesinə başlayan Nikol Paşinyana indihəm daxildə, həm də erməni diasporunda ən ciddi maneələr yaradanəsas qüvvələrdən biri erməni kilsəsidir.

Keşiş Baqrat və onun təmsil etdiyi kilsə hakimiyyətə qarşıəvəllər milli-siyasi motivlərlə yüklənmiş şüarlarla ermənilərəmüraciət edirdisə, indi «hakimiyyətin İblisə satılması, Paşinyanındinə nifrət etməsi» ilə bağlı narrativləri ermənilər arasındayaymağa çalışır.

Katolikos 2-ci Karegin və keşişlər bilirlər ki, toplamintellektual səviyyəsi yüksək olmayan erməni cəmiyyətində beləçağırışlar mənasız sayıla bilməz.

Və məhz bu səbəbdən erməni kilsəsi etiraz aksiyalarının rəhbəriqismində ortaya arxiyepiskop Baqratı çıxararaq ermənilərin dinihisslərini istismar etmək, onların etibarından yararlanaraq ölkədəfaktiki hakimiyyət uğrunda mübarizədə istifadə etməkdədir.

Erməni kilsəsi üçün baş nazir postunda keşiş Baqratla yanaşı,sabiq prezident Robert Köçəryan da sərf edir. Əgər marionet VazgenQalstanyan kilsədən, yəni Eçmiədzindən gələn bütün əmrləri yerinəyetirəcək fiqurdursa, Robert Köçəryan da hakimiyyətdə qalmaq üçünkilsə ilə mütləq dil tapmağa çalışacaq.

Di gəl, erməni kilsəsinin ümidləri puç olmağa məhkumdur. KeşişBaqratın, yəni Vazgen Qalstanyanın başçılıq etdiyi aksiyaların heçbir perspektivi yoxdur.

Təbii ki, kilsə ilə qarşıdurmanın sərtləşməsi Nikol Paşinyanlahazırda aksiyaları dəstəkləyən və maliyyələşdirən erməni diasporuarasında onsuz da sərin münasibətləri daha da pisləşdirəcək.

Olsun, bütün bunlar Nikol Paşinyanın vecinə də deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
4
az.trend.az

10Mənbələr