AZ

Rusiya ordusunun Ukraynada itkiləri 510 mini keçib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1270 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 511 min 130 nəfərə yüksəlib.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 14 tank, 47 artilleriya sistemi və 22 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
18
missiya.az

10Mənbələr