AZ

Rusiya ilə Ukrayna arasında qarşılıqlı olaraq 75 hərbi əsir dəyişdirilib

Rusiya ilə Ukrayna arasında qarşılıqlı olaraq 75 hərbi əsir dəyişdirilib. əsir mübadiləsi aparılıb.  Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib", Rusiya MN-nin məlumatında qeyd olunub.

MN-dən o da bildirilib ki, Birləşmiş Ərəb Əmirlikliləri Rusiya hərbi əsirlərinin qaytarılmasında humanitar vasitəçilik edib.
 
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 970 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 427 840 nəfərə çatıb.
 
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 17 zirehli döyüş maşını, 11 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
 
Aytac Zeynalova

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
27
anews.az

10Mənbələr