AZ

Yaponiyada ard-arda güclü zəlzələ

Yaponiyanın İşikava prefekturasında güclü zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri Noto yarımadası ərazisində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Birinci zəlzələdən 10 dəqiqə sonra həmin ərazidə eyni gücdə daha bir zəlzələ baş verib. Yerli sakinlərə təkrar zəlzələlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
7
teleqraf.com

10Mənbələr