AZ

Yaponiyada ard-arda güclü zəlzələ baş verib

Yaponiyanın İşikava prefekturasında güclü zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri Noto yarımadası ərazisində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Birinci zəlzələdən 10 dəqiqə sonra həmin ərazidə eyni gücdə daha bir zəlzələ baş verib. Yerli sakinlərə təkrar zəlzələlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Seçilən
178
8
operativmm.az

10Mənbələr