AZ

Kanslerin Brejnevə hədiyyə etdiyi “Mercedes-Benz” satışa çıxarılıb

Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən Mercedes-Benz 450 SLC avtomobili satışa çıxarılıb.

“İki sahil” xəbər verir ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şelokovun oğlu İqor Şelokovda olub.

Avtomobilin yürüşü azdır və vilur salonda aşınma izi yoxdur. Mercedes-in kapotunun altında 4,5 litr həcmə və 225 at gücünə malik V8 mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.

Avtomobilin təxmini qiyməti 20 milyon rubl ( təxmini 376 min AZN) təşkil edir.

Brejnevə hədiyyə edilən Mercedes-Benz Rusiyada yenidən qeydiyyata alınmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
18
ikisahil.az

10Mənbələr